AZ

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollar çatdırıb – RƏQƏMLƏR

Çin və Rusiya arasında ikitərəfli ticarətin həcmi 2023-cü ildə 240 milyard 100 milyon dollara çatıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Çin Ticarət Nazirliyi açıqlayıb. 


Nazirliyin məlumatına əsasən, iki ölkə illik ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı hədəfləyirdi. Amma ötən il hədəfdən 20 faiz çox xarici ticarət dövriyyəsi qeydə alınıb. 


İki ölkə arasında ticarət dövriyyəsinin artması 2024-cü ilin birinci rübündə də davam edib. Nazirliyin məlumatına əsasən, bu ilin birinci rübündə dövriyyənin həcmi ötən ilin birinci rübündəki nəticə ilə müqayisədə 5,2 faiz artaraq 56 milyard 680 milyon dollara çatıb. 


Qeyd edək ki, Rusiya və Çin arasındakı ticarət dövriyyəsinə dair məlumat mal və xidmət ticarətini əhatə edir. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla