AZ

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

Tərtər rayonu Suqovuşan qəsəbəsində tikilən 5 mərtəbəli yaşayış kompleksində təmir-tikinti işləri başa çatır.

Valyuta.az xəbər verir ki, həmin binaların xarici komunikasiya işlərinin  görülməsinə başlanır.

Artıq Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı elan etdiyi tenderə yekun vurub. 

Tenderin qalibi "REAL- İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Tərəflər arasında  xarici kommunikasiya (xarici su-kanalizasiya şəbəkəsi və xarici qaz təchizatı) işlərinin görülməsi üçün 175.971,61 AZN-lik müqavilə bağlanıb.

Xatırladaq ki, Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binaları tikintisinə ötən ilin sentyabrında başlanılıb.

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla